Avtobus aşdı: Ölənlər var
    • 30-05-2024, 23:00
    • 252

Avtobus aşdı: Ölənlər var

Hindistanın Cammu şəhərində zəvvarları daşıyan avtobus dərəyə çırpılıb. 

News24.az xəbər verir ki, səlahiyyətlilər qəza nəticəsində ən azı 21 nəfərin öldüyünü, çoxlu sayda insanın yaralandığını açıqlayıb.

Polis sözçüsü bildirib ki, avtobus Cammudakı hindu məbədinə gedərkən vadiyə yuvarlanıb.

Polis rəsmisi xilasetmə əməliyyatının davam etdiyini bildirib və əlavə edib ki, 40 yaralı müalicə olunmaq üçün Cammudakı dövlət xəstəxanasının tibb kollecinə aparılıb.

Günel Məlikzadə