Slovakiyanın Baş naziri evə buraxıldı
    • 31-05-2024, 11:06
    • 114

Slovakiyanın Baş naziri evə buraxıldı

Sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın baş naziri Robert Fikonun müalicəsi Bratislavadakı evində davam edəcək. 

News24.az xəbər verir ki, bu barədə “Pravda” xəbər portalı məlumat yayıb.

Məlumata görə, vəziyyəti son günlər xeyli yaxşılaşan Fiko helikopterlə Bratislavaya aparılıb. JOJ telekanalı baş nazirin Bratislavadakı evində mühafizənin xeyli gücləndirildiyini bildirib. Hökumət başçısının Banska Bistritsadakı xəstəxanadan evə köçürülməsi onun təkidi ilə həyata keçirilib.

Mehriban Mirzəzadə