Bakıda arvadına işgəncə verən kişinin cəzası ağırlaşdırıldı
    • 31-05-2024, 14:58
    • 128

Bakıda arvadına işgəncə verən kişinin cəzası ağırlaşdırıldı

Bakını Yasamal rayonunda arvadına əzab verməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş Yalçın Bektimirovla bağlı hökmdən verilmiş apellyasiya şikayətlərinə baxılıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Bektimirovla bağlı hökmü dəyişib.

Hökmdən həm Yalçın Bektimirov, həm də arvadı Anastasiya Bektimirova narazı qalmışdı.

Bektimirov şikayət ərizəsində bəraət, arvadı isə əksinə cəzanın ağırlaşdırılmasını tələb edirdi.

Şikayətlərə hakim Murad Məmmədovun sədrliyi ilə baxılıb.

Yasamal Rayon Məhkəməsinin hökmü zərərçəkmişin şikayətinə münasibətdə dəyişdirilib. Yalçın Bektimirovun cəzası 2 ildən 3 il 6 aya qaldırılıb.

Anastasiya Bektimirova iddia edirdi ki, ərinin göstərdiyi şiddət səbəbindən gözünün birini itirib. Lakin bu iddia təsdiqini tapmayıb. Son qərarda da göstərilib ki, Bektimirova gözünü əvvəldən yoluxduğu xəstəlik səbəbindən itirib.