Baydendən Qəzzada daimi atəşkəs təklifi
    • 1-06-2024, 14:21
    • 330

Baydendən Qəzzada daimi atəşkəs təklifi

İsrailin Rəfaha hücumu beynəlxalq ictimaiyyətdə böyük reaksiyalara səbəb olarkən, hücumları dayandırmaq və daimi atəşkəs yaratmaq üçün ABŞ prezidenti Co Baydendən əhəmiyyətli bir addım gəlib.

News24.az xəbər verir ki, Baydenin açıqladığı daimi atəşkəs təklifi HƏMAS tərəfindən müsbət qarşılansa da, İsrail təklifə reaksiya verib.

Həmas İsrailin təqdim etdiyi və ABŞ prezidenti Co Baydenin "daimi atəşkəs, işğalçı qüvvələrin Qəzza zolağından çıxarılması, yenidənqurma, əsir mübadiləsi" ilə bağlı elan etdiyi təkliflərə müsbət baxdıqlarını açıqlayıb.

Həmas, Ağ Evdə təşkil edilən mətbuat konfransında Baydenin yeni 3 mərhələli atəşkəs təklifi ilə bağlı yazılı açıqlama verib.

Bəyanatda hərəkatın Baydenin çıxışında qalıcı atəşkəs, İsrailin Qəzzanı tərk etməsi, yenidənqurma və əsir mübadiləsi ilə bağlı yazılara müsbət baxdığı bildirilib. Əlavə edilib: “ABŞ-ın bu münasibəti, beynəlxalq və regional arenada dəstəyi, Qəzzadakı müharibənin sona çatması lazım olduğunu bildirərək, xalqımızın, qəhrəman müqavimət qüvvələrinin əfsanəvi əzminin nəticəsidir”. 

Həmçinin HƏMAS-ın “daimi atəşkəs, İsrail ordusunun Qəzzadan tamamilə çıxarılması, yenidənqurma işləri, köçkünlərin öz evlərinə qayıtması və ciddi məhbus mübadiləsi” əsasında istənilən təklifə konstruktiv, müsbət cavab verdiyi bildirilib. İsrailin buna əməl edəcəyini açıq şəkildə bəyan edib.

Günel Məlikzadə