Qüds qüvvələrinin komandiri öldü
    • 2-06-2024, 16:00
    • 144

Qüds qüvvələrinin komandiri öldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandirlərindən biri Sərdar Vəciullah Muradi ölüb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda SEPAH-ın "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, Sərdar Vaciullah Muradi 2020-ci ildə qətlə yetirilən Qüds qüvvələrinin komandanı general-mayor Qasım Süleymaninin yaxın silahdaşı olub.

Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.