Uşaq bağçasında qətl törədən şəxsdən xəbər var
    • 3-06-2024, 22:44
    • 212

Uşaq bağçasında qətl törədən şəxsdən xəbər var

Bakıda qətldə təqsirləndirilən Kamran Məmmədlinin barəsindəki qərardan kassasiya şikayəti verilib.

News24.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası iyunun 4-nə təyin edilib. 

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Məmmədli 10 il azadlıqdan məhrum edilib. 

İttihama görə, Bakı şəhər sakini Kamran Məmmədli şəxsi münaqişə nəticəsində tanışı Rəsul Cavadzadə ilə mübahisə edib. Mübahisə Bakı şəhəri ərazisindəki uşaq bağçasının həyətində davaya çevrilib. Dava nəticəsində K.Məmmədli R.Cavadzadəni 4 bıçaq zərbəsi ilə qətlə yetirib. 

K.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.