Portuqaliyada nümayiş uçuşu ölümlə nəticələndi
    • 3-06-2024, 23:59
    • 155

Portuqaliyada nümayiş uçuşu ölümlə nəticələndi

Portuqaliya Hərbi Hava Qüvvələrindən (PAF) verilən açıqlamada Beja hərbi hava limanında nümayiş uçuşu zamanı iki təyyarənin havada toqquşduğu bildirilib.

News24.az xəbər verir ki, açıqlamada təyyarələrdən birinin pilotunun öldüyü, digərinin isə yüngül yaralandığı qeyd edilib.

Veriliş tamaşaçıları tərəfindən lentə alınan və sosial şəbəkədə paylaşılan görüntülərdə nümayiş uçuşunda iştirak edən 6 təyyarədən birinin əvvəlcə səmaya qaldığı, daha sonra digər təyyarə ilə toqquşub, alovlanaraq yerə çırpıldığı görünür.

Qeyd edək ki, Portuqaliyanın ən böyük hava şousu olan və iyunun 1-də başlayan Beja AirShow tədbiri qəzadan sonra dayandırılıb.

Günel Məlikzadə