Galatasaray-da ayrılıq: Erden Timur istefa verdi
    • 4-06-2024, 12:33
    • 229

Galatasaray-da ayrılıq: Erden Timur istefa verdi

“Qalatasaray Sportif A.Ş.”nin sədr müavini Erden Timur açıqlama verib. Timur vəzifəsindən getdiyini açıqlayıb.

News24.az xəbər verir ki, Timurun açıqlamalarından diqqət çəkən məqamlar bunlardır:

"Bu məsələni çempionata bir ay qalmış prezidentimizə çatdırdım. Rəhbərlikdə olmaq istəmədiyimlə bağlı xahişimi bildirdim. Çempionluq yarışında bunu demək mümkün deyildi. Deməliyəm ki, "Sportif A"dakı sevincimizə limon sıxmaq istəmədim, buna görə susdum.

Sosial mediada çoxlu izləyicisi olan hesablar deyirlər ki, bu işin arxasında başqa bir şey var.

13-14 aydır davam edən planlı böhtanlara dözməyimin səbəbi “Qalatasaray”dır. Bu iş aylar çəkdi".

Günel Məlikzadə