Bu ölkənin meri öldürüldü
    • 4-06-2024, 14:19
    • 147

Bu ölkənin meri öldürüldü

Meksikanın Miçoakan ştatında Kotija bələdiyyəsinin başçısı Yolanda Sançes Fiqeroa öldürülüb, 

News24.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bazar günü eyni ştatda səsvermənin başlamasına bir neçə saat qalmış yerli seçkilərə namizəd Quitseo İsrael Delqado öldürülüb. Faktla bağlı Dövlət Prokurorluğu araşdırmalara başlayıb.

“Miçoakan ştatının hökuməti Kotija bələdiyyəsinin başçısı Yolanda Sançes Fiqeronun qətlini pisləyir. Cinayətə görə məsuliyyət daşıyanların tapılması üçün federal orqanlarla koordinasiyalı şəkildə təhlükəsizlik əməliyyatına başlanılıb”, – əyalət hökumətinin katibliyi sosial mediada X yazıb.

Mehriban Mirzəzadə