Şahzadənin xanımı kömək istəyibmiş: Ovuca qoyulan GİZLİ NOT QALMAQALI
    • 4-06-2024, 23:22
    • 229

Şahzadənin xanımı kömək istəyibmiş: Ovuca qoyulan GİZLİ NOT QALMAQALI

Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton kömək istəyən məşhur illüzionistə gizli şəkildə not ötürüb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Newsweek" yazır.

Hadisə 2023-cü il noyabrın 30-da "Royal Variety Performance" zamanı baş verib. Bu zaman məşhur britaniyalı illüzionist Derren Braun Şahzadə Uilyam və Keyt Middltonla görüşüb və onlarla qısa söhbət edib. Daha sonra o, "X" hesabında sirli bir yazı yerləşdirib: “Yeri gəlmişkən, o, mənim əlimi sıxanda ovucuma kiçik bir qatlanmış kağız parçası sıxdı. Sonradan baxdım - içində yalnız bir söz yazılmışdı - YARDIM”.

Bu, Keyt Middltonun xəstəliyindən bir az əvvəl baş verib, cəmi ay yarım sonra isə Middltona xərçəng diaqnozu qoyulub. Bundan sonra gələcək kraliça ictimaiyyət qarşısına çıxmayıb.

Sui-qəsd nəzəriyyəçiləri sirli tviti indi xatırlayıb və kömək istəyinin real olduğu haqda düşünməyə başlayıblar. Bu səbəbdən Derrenin meneceri nəşrin əhəmiyyətini izah etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, Derren tez-tez Dame Edna rolunda çıxış edən məşhur komediya aktyoru Barry Humphriesin zarafatına istinad edib. Humphries müsahibələrin birində zarafatla deyib ki, görüşəndə Kraliça Elizabet ona “YARDIM” sözü olan bir not verib. Derrenin meneceri vurğulayıb ki, buna görə illüzionist öz postuna #DameEdna etiketini əlavə edib.

Əvvəllər bildirilirdi ki, Keyt Middlton çox güman ki, ilin sonuna qədər işə qayıtmayacaq. O, sonuncu dəfə 2023-cü ilin dekabrında ictimaiyyət qarşısına çıxıb.