Qurban bayramı tətilinin müddəti ARTIRILDI - Bu ölkədə
    • 4-06-2024, 20:49
    • 12 127

Qurban bayramı tətilinin müddəti ARTIRILDI - Bu ölkədə

 Türkiyədə Qurban bayramı tətilinin müddəti 9 günə qaldırılıb.

News24.az-ın məlumatına görə bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib:

"İyunun 16-sı bazar günü başlayacaq Qurban bayramından sonrakı 2 günlük müddəti dövlət qulluqçularımız üçün inzibati məzuniyyətə daxil etdik".

Onun sözlərinə görə, cümə axşamı və cümə günlərini bayrama əlavə etməklə 9 günlük tətil fürsəti təqdim edilib.

Qurban bayramı bonusunu 10-14 iyun tarixləri arasında təqaüdçülərin hesablarına yatırılacağı bildirilib.

Aqil Qarayev