-
- 5-06-2024, 08:58
- 231
Arvadıyla dalaşdı, evi yandırdı
Türkiyədə arvadı ilə ər C.A. (31) mənzildə mübahisə etməyə başlayıb.
News24.az xəbər verir ki, mübahisə qısa müddətdə davaya çevrilib və C.A həyat yoldaşını mənzildən qovub.
O, özünü evə kilidləyib və 112 Təcili Zəng Mərkəzinə zəng edib. Evini yandıracağını deyən C.A. zəngi sonlandıran kimi 3-cü mərtəbədəki mənzilin qonaq otağının pərdəsini alışqanla yandırıb.
Pərdədən başlayan alov qısa müddətdə bütün otağı bürüyüb. Hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə briqadaları sövq edilib.
Qeyd edək ki, yanğınsöndürənlər alova bürünmüş mənzilə həm içəridən, həm də çöldən nərdivanlarla müdaxilə edərək qısa müddətdə yanğını nəzarətə götürüblər.
Evini yandırıb, qaçmağa çalışan C.A. polis qrupları tərəfindən saxlanılıb.
Onu da bildirək ki, yanan mənzil yararsız hala düşüb.
Günel Məlikzadə