ÜST: 7-11 min təcili tibbi təxliyəyə ehtiyac var
    • 5-06-2024, 09:34
    • 224

ÜST: 7-11 min təcili tibbi təxliyəyə ehtiyac var

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balkhy və ÜST-nin Şərqi Aralıq dənizi Regional Direktorluğunun Fövqəladə Kommunikasiyalar üzrə Meneceri İnas Hamam Birləşmiş Millətlər Təşkilatında (BMT) Akkreditə olunmuş Mətbuat Mənbələri Assosiasiyasının üzvü olan jurnalistlərlə görüşüblər.

News24.az xəbər verir ki, Qəzza zolağında ən azı 7 ilə 11 min arasında təcili tibbi təxliyənin lazım olduğunu ifadə edən Balkhi, "Təxliyyə edilməli olan xəstələrin xüsusi xəstəxanalarda müalicə alması lazımdır" deyib.

Balkhy, sülh əldə edilməzsə, sağlamlıq baxımından son dərəcə çətin vəziyyətlərin yaranacağını vurğulayıb.

AA müxbirinin tibbi evakuasiyanı gözləyərkən ölənlərin sayı ilə bağlı sualını cavablandıran Hanan, bu mövzuda məlumatlarının olmadığını və Qəzzada səhiyyə məlumat sisteminin "parçalandığını" bildirib.

"Biz tibbi təxliyə üçün qeydiyyatdan keçmiş xəstələrin siyahısı ilə bağlı Fələstin Səhiyyə Nazirliyi ilə koordinasiya edirik, lakin təxliyə edilməzdən əvvəl ölən xəstələrin sayı və ya vəziyyəti ilə bağlı məlumat əldə edə bilmirik", - Hamam deyib. 

Günel Məlikzadə