Öldü bilinən qadın sağ çıxdı
    • 5-06-2024, 09:41
    • 206

Öldü bilinən qadın sağ çıxdı

ABŞ-ın Nebraska ştatında qocalar evində qalan 74 yaşlı Konstans Qlantsın öldüyü müəyyən edilib. Ölümü elan edilən qadının aparıldığı dəfn evində həqiqət üzə çıxıb.

News24.az xəbər verir ki, qadının hələ də nəfəs aldığını görən sahibkarın işçiləri səlahiyyətlilərə xəbər veriblər.

Polis rəsmisi Ben Houchin bildirib ki, qocalar evi işçilərinin cinayət niyyəti olduğuna dair heç bir sübut yoxdur.

O, Qlantsın sağalmaz xəstələrin qəbul edildiyi şöbədə qaldığını və öləcəyi gözlənildiyi üçün məhkəmə tibb işçisinin göndərilmədiyini bildirib. Houchin həmçinin deyib: “Ölüm zamanı heç bir şübhəli hal yox idi”. 

Günel Məlikzadə