TikTok-a kiberhücum
    • 5-06-2024, 09:50
    • 149

TikTok-a kiberhücum

TikTok bir çox marka və məşhurları hədəf alan kiberhücuma qarşı tədbir gördüyünü açıqlayıb.

News24.az xəbər verir ki, şirkət istifadəçilərin hesablarına yenidən giriş əldə etmək üçün onlarla işlədiyini bildirib. O, kiberhücumun səbəbkarları və onun necə həyata keçirildiyi barədə çox məlumat paylaşmayıb.

Ələ keçirilən ( hack-lənən) hesablardan biri CNN xəbər təşkilatına məxsusdur.

"Biz hesaba girişi bərpa etmək və onların hesablarını qorumaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün CNN ilə sıx əməkdaşlıq edirik. Biz platformanın bütövlüyünü qorumağa sadiqik və gələcək saxtakarlıq fəaliyyətinə nəzarət etməyə davam edəcəyik", - TikTok sözçüsü bildirib.

TikTok televiziya ulduzu Paris Hiltonun hesabının da hədəf alındığını, lakin ələ keçirilmədiyini bildirib. TikTok-da 10 milyondan çox izləyicisi olan Hilton platformanın aktiv istifadəçilərindən biridir.

Qeyd edək ki, bu xəbər TikTok-un ABŞ-da qadağan olunma riski ilə üzləşdiyi bir vaxta təsadüf edir.

Günel Məlikzadə