“Qalatasaray”ın qadın futbolçusu rəqibinə yumruq vurdu – VİDEO
    • 5-06-2024, 20:00
    • 255

“Qalatasaray”ın qadın futbolçusu rəqibinə yumruq vurdu – VİDEO

Konqo və Mərakeş qadın yığmaları arasında keçirilən matçda qalmaqallı hadisə yaşanıb.

News24.az "qafqazinfo"ya istinadən xəbər verir ki, , Konqo millisinin, eyni zamanda "Qalatasaray"ın qadın futbol klubunun oyunçusu Rut Kipoyi rəqibini yumruqla vurub. 

Belə ki, 62-ci dəqiqədə qonaq komandanın futbolçusuna sərt müdaxilə edən Rut Kipoyi hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Rəqib komandanın bəzi futbolçuları kobudluq etdiyinə görə onun üzərinə hücum çəkib. Kipoyi də təzyiqlərə tab gətirməyərək mərakeşli Yasmin Mrabetə yumruq zərbəsi endirib.

Futbolçunun bu hərəkəti müzakirə mövzusuna çevrilərək tənqid edilib.

Rut Kipoyi isə sosial media hesabında bu açıqlamanı verib: "Dünənki hərəkətlərim məni bir insan olaraq təmsil etmir. Matçda soyuqqanlılığımı itirdim və məni məyus edəcək şəkildə davrandım. Xüsusilə, Yasmindən üzr istəyirəm. Ona səslənirəm, ümid edirəm ki, bu gün özünüzü yaxşı hiss edirsiniz. Sizə gələcək üçün ən yaxşısını arzulayıram. Bağışlayın".

Qeyd edək ki, qarşılaşma Mərakeşin 3-2 hesablı qələbəsi ilə bitib. 

Sözügedən görüntüləri təqdim edirik: