Futbolçu hakimi döyüb xəstəxanalıq etdi - VİDEO
    • 5-06-2024, 16:44
    • 295

Futbolçu hakimi döyüb xəstəxanalıq etdi - VİDEO

Rusiyanın Kemerovo vilayətində keçirilən Kuzbass Kuboku matçında futbolçu tərəfindən döyülən hakim xəstəxanaya yerləşdirilib.

News24.az lent.az-a istinadən bildirir ki, hadisə "Yunost-sənaye" və "Şeqlovski Pivovar" komandalarının görüşü zamanı baş verib. "Yunost"un müdafiəçisi Vasili Kozlov qaydaları pozub, buna görə baş hakim Sergey Zaqudenkov ona qırmızı vərəqə göstərib. Bundan sonra Kozlov hakimə hücum edərək, onun üzünə bir neçə yumruq zərbəsi endirib. Zaqudenkov yıxılaraq huşunu itirib, bundan sonra xəstəxanaya yerləşdirilib.

İnsident nəticəsində futbolçu qeyri-müəyyən müddətə bütün yarışlardan kənarlaşdırılıb. Zərərçəkmiş onun əleyhinə polisə ərizə yazaraq, cinayət işi başlanmasına çalışacaq.