ABŞ Ukraynaya hərbi silah- sursat göndərir
    • 7-06-2024, 14:57
    • 213

ABŞ Ukraynaya hərbi silah- sursat göndərir

ABŞ hakimiyyəti Ukraynaya təxminən 225 milyon dollar məbləğində əlavə hərbi yardım göstərə bilər.

News24.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Yeni paketə HIMARS çoxsaylı buraxılış raket sistemləri üçün sursatlar daxil ola bilər. Rəsmilər həmçinin aydınlaşdırıblar ki, bura “Hawk” hava hücumundan müdafiə raketləri, “Stinger” yer-hava raket kompleksləri, “Javelin” tank əleyhinə raket sistemləri, zirehli maşınlar, qoşqular, patrul katerləri, söküntü materialları və ehtiyat hissələri daxil olacaq.

Mehriban Mirzəzadə