-
- 11-06-2024, 10:37
- 248
İlon Mask: "Apple cihazlarını qadağan edəcəm"
Apple dünən axşam keçirilən WWDC 2024 tədbirində iOS 18, süni intellekt xüsusiyyətləri və digər cihazları üçün əməliyyat sistemi yeniləmələri haqqında təqdimat edib.
News24.az xəbər verir ki, konfransın ən diqqət çəkən məqamı ABŞ-ın texnologiya nəhənginin OpenAI ilə əməkdaşlıq edərək iPhone cihazlarına ChatGPT-ni gətirəcəyini açıqlaması olub.
"APPLE CİHAZLARI QADAĞAN OLACAQ"
"Apple OpenAI-ni əməliyyat sistemi səviyyəsində inteqrasiya edərsə, Apple cihazları mənim şirkətlərimdə qadağan olunacaq. Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur", - X-in sahibi Mask müqavilə elan edildikdən sonra deyib.
“SİZİ SATIRLAR”
Bundan əlavə, Mask deyib: “Apple-ın öz süni intellektini yaratmaq üçün kifayət qədər ağıllı olmaması gülüncdür. Lakin OpenAI-nin təhlükəsizliyinizi və məxfiliyinizi qoruyacağına əmindir!
Məlumatlarınızı OpenAI-a təhvil verdikdən sonra Apple-ın əslində nə baş verdiyini bilmir. Sizi satırlar”.
Xatırladaq ki, Mask, 2015-ci ildə həmtəsisçisi olduğu OpenAI və onun CEO-su Sam Altmana qarşı martın əvvəlində məhkəməyə müraciət edərək, bu təşəbbüsün mənfəət üçün deyil, bəşəriyyətin xeyrinə süni intellekt inkişaf etdirmək missiyasından imtina etdiyini bildirib.
O, həmçinin OpenAI-a meydan oxumaq və ChatGPT viral chatbotuna alternativ yaratmaq məqsədi ilə öz xAI startapını qurub.
İlon Maskın mövzu ilə bağlı X paylaşımları;
Günel Məlikzadə