Daha bir ölkənin vitse-prezidenti helikopter qəzasında ÖLDÜ
    • 11-06-2024, 11:32
    • 1 372

Daha bir ölkənin vitse-prezidenti helikopter qəzasında ÖLDÜ

Malavinin vitse-prezidenti Saulos Çilima helicopter qəzası nəticəsində həlak olub.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Daha əvvəl helikopterin radarlardan itdiyi və qəzaya uğraya biləcəyi bildirilib. 

Helikopterdə siyasətçidən başqa doqquz nəfər də olub. 

Malavi prezidenti Lazarus Çakvera dünən yerüstü ekipajların helikopterlə əlaqə saxlaya bilməməsindən sonra axtarış-xilasetmə əməliyyatına göstəriş verib.