"Avropa seçkilərinə çoxlu xarici müdaxilələr oldu"
    • 10-06-2024, 17:24
    • 297

"Avropa seçkilərinə çoxlu xarici müdaxilələr oldu"

Avropa Komissiyasının sədri Ursula von der Leyen bu gün Berlində seçkilərdən sonra açıqlama verib.

News24.az Reuters-a istinadən xəbər verir ki, Xristian Demokrat İttifaqının (CDU) qərargahında keçirilən toplantıda çıxış edən Von der Leyen Avropa Parlamentinə seçkilər zamanı çoxlu xarici müdaxilə gördüklərini iddia edib.

Səlahiyyətlilərin seçkilər zamanı xarici aktorların müdaxiləsi ilə uğurla mübarizə apardığını, lakin bunun davamlı bir mübarizə olduğunu bildirən Von der Leyen əlavə edib: "Biz bu müdaxiləni aradan qaldırmaqda və təkzib etməkdə müvəffəqiyyətli olduq, lakin əlbəttə ki, hamısını görmədik".

Almaniyada xristian demokratları bir araya gətirən Von der Leyenin Avropa Xalq Partiyası (EPP) seçkilərdə birinci olub.

Dünən axşam verdiyi açıqlamada EPP lideri Von der Leyen Avropa seçicilərinə göstərdikləri etimada görə təşəkkür edib. Bildirib ki, doğrudur, ifrat sağçı və solçu partiyalar güc qazanıb, lakin mərkəz partiyaları lider mövqelərini qoruyub saxlayırlar.

Von der Leyen əlavə edib ki, parlamentdə Avropa Xalq Partiyasının daxil olmadığı çoxluq təşkil etmək mümkün deyil.

Günel Məlikzadə