Ermənistan KTMT-ni tərk edir?
    • 13-06-2024, 12:33
    • 167

Ermənistan KTMT-ni tərk edir?

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Baş nazirin Ermənistanın KTMT-dən çıxma ehtimalı barədə sözlərini şərh edib.

RTV bu barədə "Sputnik Armenia"-ya istinadən xəbər verir.

Hakimiyyət partiyasının nümayəndələrindən biri bildirib ki, Ermənistan baş nazirinin bir sıra kanallarda səsləndirdiyi fikirlər KTMT-dən çıxmaq barədə bəyanat kimi təqdim olunub. O, vəziyyəti Baş nazirin özünün deyil, niyə məhz xarici işlər nazirinin şərh etdiyini açıqlamağı tələb edib.

Buna cavab olaraq Mirzoyan bildirib ki, iclasdakı çıxışlar qeyd olunub və kimin dediyini yoxlamaq olar.

Xatırladaq ki, uzun müddətdir ki, Ermənistanın KTMT-ni tərk edəcəyi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, artıq Ermənistan bu təşkilata üzv olmaq istəmir.