İsrail qaçqın düşərgəsini mühasirəyə aldı
    • 13-06-2024, 16:01
    • 267

İsrail qaçqın düşərgəsini mühasirəyə aldı

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqın edərək fələstinlilərin ev və iş yerlərində axtarış aparıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, Cenində ən azı bir fələstinlini həbs edən İsrail əsgərləri ilə yerli əhali arasında dava düşüb. İsrail əsgərləri basqın və həbsə qarşı çıxan fələstinlilərə qarşı əsl güllələrdən istifadə edib, daş atıblar.

Səhiyyə sahəsindəki mənbələr, ən azı bir fələstinlinin yaralandığını və müalicə üçün xəstəxanaya aparıldığını bildirib.

İsrail ordusunun buldozerləri Cenin Qaçqınlar Düşərgəsi ətrafındakı küçələrə ziyan vurub. İsrail ordusu düşərgənin ətrafına əlavə qüvvələr göndərərək düşərgəni mühasirəyə alıb.

Günün ilk saatlarında İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin bir çox şəhərinə basqın edərək çoxlu sayda fələstinlini həbs edib.

Qeyd edək ki, saxlanılanlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.


Günel Məlikzadə