Məşhur aktrisanın oğlu qadın oldu - FOTOlar
    • 14-06-2024, 12:21
    • 304

Məşhur aktrisanın oğlu qadın oldu - FOTOlar

Türkiyəli aktrisa Çiçək Dilligil və musiqiçi Bora Öztoprakın oğlu Ardahan Öztoprak cinsiyyətini dəyişmək qərarı ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Ardahan Öztoprak təhsil almaq üçün Amerikaya gedib. Amerikada yaşayan Öztoprakın cinsiyyət keçidi etmək qərarına gəldiyi öyrənilib.

Çiçək Dilligil ötən həftələrdə mövzu ilə bağlı: "O, indi 26 yaşında bir fərddir. Uşağımızın yanındayıq; ailə olaraq onun yanındayıq. Adı indi Aydadır. Uzun bir prosesdir. Bu bir səhər yuxudan oyanıb qərar vermək prosesi deyil... O, Amerikada yaşayır və mühüm klinikalardan dəstək alır”.

Adını "Ayda" olaraq dəyişən Öztoprakın sosial şəbəkədəki paylaşımları trend mövzusuna çevrilib.

Bir müddətdir xaricdə olan Öztoprak sosial media hesabında son versiyasını paylaşıb.

Ayda Öztoprakın sosial şəbəkədəki paylaşımlarını təqdim edirik...

Günel Məlikzadə