Bina qarajında partlayış: Ölən və yaralananlar var - VİDEO
    • 14-06-2024, 16:03
    • 193

Bina qarajında partlayış: Ölən və yaralananlar var - VİDEO

İsveçrənin Aarqau kantonunda yerləşən Nussbaumen şəhərindəki binanın qarajında axşam saatlarında partlayış baş verib, daha sonra yanğın başlayıb.

News24.az xəbər verir ki, bölgəyə polis, yanğınsöndürmə və tibb qrupları sövq edilib. Bina sakinləri təxliyə edilərkən böyük təşviş yaşanıb.

Yanğın sürətlə digər mərtəbələrə də keçib. Polisin verdiyi açıqlamaya görə, partlayış nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Binaya və park edilmiş avtomobillərə ciddi ziyan dəyib. Söndürmə işlərinə 3 helikopter dəstək verərkən, yanğın gecə saatlarında söndürülüb.

Partlayışın səbəbi hələlik məlum deyil.

Günel Məlikzadə