Oğuzhan Uğura 4 ilə qədər həbs istənildi
    • 14-06-2024, 17:33
    • 226

Oğuzhan Uğura 4 ilə qədər həbs istənildi

Fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra sosial mediada yayılan yanlış məlumatlarla bağlı araşdırmalara başlanılıb.

News24.az xəbər verir ki, zəlzələdən bir gün sonra Oğuzhan Uğurun (Türkiyəli musiqiçisi, prodüseri, ssenaristi, karikaturaçısı və yutuber) sahibi olduğu sosial media hesabında Kahramanmaraş və Antakyada bəndlərin çatladığını bildirən paylaşımlar edilib.

Məsələ ilə bağlı İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq tamamlanıb.

UĞURUN BƏYANATI

Hazırlanan iddianamədə Oğuzhan Uğurun 'mətbuat və nəşr yolu ilə ictimaiyyəti çaşdıran məlumat yayma' cinayətinə görə 4 il yarıma qədər həbs cəzası istənilib.

Uğur açıqlamasında hiddət yaratmaq məqsədi daşımadıqlarını bildirib.

"Bölgə üçün milyonlarla lirə yığmağa kömək etdik. Tək məqsədimiz zəlzələdən zərər çəkənlərə kömək etmək idi" dedi.

Məhkəmə yaxın günlərdə İstanbul Asliye Cəza Məhkəməsində başlayacaq.

Günel Məlikzadə