La Liqada yeni mövsüm bu tarixdə başlayacaq
    • 15-06-2024, 16:25
    • 222

La Liqada yeni mövsüm bu tarixdə başlayacaq

La Liqada 2024/25 mövsümünün başlama və bitmə tarixləri müəyyənləşib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, AS-ın məlumatına görə, İspaniya çempionatının yüksək divizionunda yeni mövsüm avqustun 16-da başlayacaq və mayın 25-də başa çatacaq.

Mövsümdə beynəlxalq oyunlar üçün 5 fasilə və qış fasiləsi olacaq. 2024-cü ilin sonunda Milad dövründə La Liqada 2025-ci ilin ilk həftəsinə qədər çempionat dayandırılacaq.