Bakıda bu şəxslər üçün parklanma pulsuz olacaq - VİDEO
    • 17-06-2024, 11:16
    • 204

Bakıda bu şəxslər üçün parklanma pulsuz olacaq - VİDEO

“Əvvəlki yanaşma belə idi ki, işçi xidməti parklanma ərazisində boş yer tapdığı halda parklanma ödənişsiz olurdu. İndi isə həmin ərazilər müəyyən edilir”.

News24.az Bizim.Media-a istinadla xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov Real TV-yə müsahibəsində danışıb.

Bildirib ki, bundan sonra sözügedən parklanma əraziləri yalnız həmin qurumlarda çalışan şəxslərin xidməti və ya şəxsi avtomobili üçün pulsuz nəzərdə tutulacaq:

“Belə olan halda sözügedən ərazilərdə digər avtomobillərin parklanması halında müvafiq inzibati cərimənin müəyyən edilməsi təklif olunur”.