Çexiyada poliqonda PARTLAYIŞ: 9 hərbçi...
    • 17-06-2024, 18:57
    • 122

Çexiyada poliqonda PARTLAYIŞ: 9 hərbçi...

Çexiyada hərbi poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb.

News24.az “Report”a istinadla xəbər verir ki, bu barədə “lidovky. cz” internet portalı məlumat yayıb.

Bildirilib ki, ölkənin şərqindəki Libau hərbi poliqonunda döyüş sursatı partlayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

Hadisə yerinə xilasedici helikopter göndərilib.