Türkiyə Moskvada böyük hücumun qarşısını ALDI
    • 18-06-2024, 11:08
    • 515

Türkiyə Moskvada böyük hücumun qarşısını ALDI

İŞİD terror təşkilatı Moskvada konsert salonuna ilk hücumundan sonra ikinci hücum planlaşdırıb. 

News24.az Hürriyet-ə istinadən xəbər verir ki, Ankara uzun müddətdir ki, Xorasan İŞİD-ın fəaliyyətinə qarşı həyəcan təbili çalır. Yəni Ankaraya görə, İŞİD təhlükəsi aradan qalxmayıb.

Qeyd edək ki, Moskvada terror aktını törədənlərdən ikisinin uzun müddətdir Moskvada yaşadığı və yaşayış müddətinin müddətini uzatmaq üçün qısa müddət ərzində Türkiyəyə girib-çıxdığı müəyyən edilib.

Yəni məlum olub ki, hücum edənlərdən ikisi uzun müddətdir Moskvada yaşayıb və orada radikallaşıblar. Bu vəziyyət Moskvaya çatdırılıb.

Beləliklə,Türkiyə ələ keçirilən təşkilat üzvlərini danışdırmaqla Moskvadakı ikinci hücumun da qarşısını alıb.

Terror təşkilatı konsert salonuna ilk hücumdan sonra ikinci hücumu planlaşdırıb. Onu izdihamlı ticarət mərkəzində edəcəkdilər. Türkiyə kəşfiyyatı Moskva ilə əlaqə saxlayaraq bu ikinci böyük hücumun qarşısını alıb.

Günel Məlikzadə