Ağ Ev Moskva hücumunu qınadı
    • 24-03-2024, 13:20
    • 113

Ağ Ev Moskva hücumunu qınadı

Ağ Ev və ABŞ Dövlət Departamenti Rusiyanın paytaxtı Moskvada 133 nəfərin həyatını itirdiyi terror aktını qınayıb.

News24.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre hücumla bağlı açıqlamasında deyib:

“ABŞ Moskvada baş verən dəhşətli terror aktını qətiyyətlə qınayır. Yaxınlarını itirənlərə və günahsız mülki şəxslərə qarşı bu vicdansız hücumlardan zərər çəkən və ya yaralananlara dərin hüznlə başsağlığı veririk. İŞİD hər yerdə məğlub edilməli olan ümumi terrorçu düşməndir".

 Günel Məlikzadə