-
- 20-06-2024, 09:57
- 387
AVRO 2024-ün "ilkləri və ənləri"
Almaniyada keçirilən 2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) başa çatan ilk qrup oyunları "ilk və ən çox"a şahidlik etdi.
News24.az xəbər verir ki, futbolun ən böyük cazibələrindən biri olduğu Almaniyada iyulun 14-dək davam edəcək AVRO 2024 böyük həyəcan yaşandığı ilk matçların sonunda futbolsevərlərin gözləntilərini doğrultdu.
Dünyanın hər yerindən Almaniyaya axın edən futbolsevərlərin coşğu, qarşılaşmaların həyəcanı ilə birləşərək indiyə qədər bir çox ilklərə şahidlik edən qurumun əsl bayram ab-havası almasına şərait yaradıb.
Milli Futbol Komandasının Gürcüstana ikinci qolunu vuran Arda Gülər, 19 yaş 114 günlüyündə Avropa çempionatı tarixində ilk matçında qol vuran ən gənc futbolçu olmaq rekordunu qırdı.
Qeyd edək ki, bundan əvvəl bu rekord 19 il 128 günlə portuqaliyalı ulduz Kriştiano Ronaldoya məxsus idi.
Bu il 17-ci dəfə keçirilən turnirin açılış matçlarında ən böyükhesablı qələbəsini Almaniya millisi qazanıb.
AVRO-2024-ün açılış matçında Şotlandiyanı 5:1 hesabı ilə məğlub edən "panzerlər" bu hesabla turnir tarixinə düşüb.
Son 16 Avropa Çempionatında ən fərqli hesab İtaliyanın AVRO-2020-də Türkiyəni 3:0 hesabı ilə məğlub etməsi olub.
Bundan əlavə, 21 yaş 42 gündə Şotlandiyaya vurduğu qolla almaniyalı futbolçu Florian Wirtz turnir tarixində ilk qolunu vuran və Avropa çempionatında Almaniyanın qapısına qol vuran ən gənc oyunçu oldu.
Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann turnir tarixinin ən gənc məşqçisi olub.
Nagelsmann komandasına 36 yaş 327 günlük ikən Şotlandiya ilə matçda başlayıb.
Alman məşqçi AVRO-2000-də Sloveniyanı çalışdırmış Srecko Katanecin 36 il 333 günlük rekordunu geridə qoyub.
Bildirək ki, İspan Lamine Yamal Xorvatiya ilə 16 yaş 338 gündə oynayaraq turnir tarixində oynayan ən gənc futbolçu adını qazanıb.
Daha əvvəl 17 yaş 246 gün ərzində turnirdə iştirak edən polşalı Kacper Kozlovski bu rekorda sahib olub.
Albaniyalı futbolçu Nedim Bayrami Avropa çempionatı tarixinin ən sürətli qolunu vurub.
İtaliya ilə qarşılaşmada 23-cü saniyədə tora imza atan Bayrami ən sürətli qol rekordunu qırıb.
Əvvəlki rekord AVRO-2004-də Yunanıstana 67-ci saniyədə qol vuran rusiyalı oyunçu Dmitri Kiriçenkoya məxsus olub.
Macarıstanlı futbolçu Dominik Szoboşlay çempionat tarixində ən gənc kapitan olub.
Szoboszlai 23 yaş 234 gündə İsveçrə ilə matçda Macarıstanı kapitanı olmaqla yeni rekorda imza atıb.
Portuqaliyanın ulduzu Ronaldo Çexiyaya qarşı oynayaraq 6 Avropa Çempionatında oynayan ilk futbolçu olub.
Daha əvvəl AVRO-2004, 2008, 2012, 2016 və 2020-ci illərdə mübarizə aparmış təcrübəli futbolçu həm də turnir tarixində ən çox oyun keçirən (26) və ən çox qol vuran (14) futbolçudur.
Portuqaliyanın müdafiəçisi Pepe, Avropa Çempionatı tarixinin ən yaşlı futbolçusu olub.
Pepe 41 yaş 113 günlük Çexiya yarışında komandasının heyətində çıxış edib.
Təcrübəli oyunçu matçlarda geyindiyi boz idman kostyumu ilə futbolsevərlərin yaddaşında qalan macar qapıçı Qabor Kiralinin 40 yaş 86 günlük rekordunu qırıb.
AVRO-2024-də indiyədək 6 qrupda 12 oyun keçirilib.
Bu görüşlərdə komandalar 34 dəfə fərqlənib.
Hər matçda orta hesabla 2,84 qolun əldə edildiyi turnirdə hər 32 dəqiqədən bir qol bayramı yaşanıb.
Şotlandiya ilə qarşılaşmada 5 qol vuran Almaniya ilk matçların sonunda ən çox qol vuran komanda kimi önə çıxıb.
AVRO 2024 təşkilat tarixində ən çox bilet müraciəti edilən və 50 milyondan çox müraciətlə turnir olub.
Turnirdəki 2,7 milyon biletdən təxminən 2,3 milyonu ümumi satışa və komanda azarkeşlərinə təklif edilib.
Günel Məlikzadə