Formula 1 bu ölkədə davam edəcək
    • 21-06-2024, 15:30
    • 375

Formula 1 bu ölkədə davam edəcək

Formula 1 üzrə dünya çempionatında həyəcan İspaniya Qran Prisi ilə davam edəcək.

News24.az xəbər verir ki,v Barselonada 4,6 kilometrlik Barselona-Katalunya trekində 66 dövrə üzərində keçiriləcək mərhələdə, sıralama turları sabah TSİ 18.00-da, yarış isə 23 iyun bazar günü TSİ 17.00-da başlayacaq.

İndiyədək Red Bull-dan Maks Verstappen 6 dəfə, Ferrari-dən Karlos Sayns və Çarlz Lekler, hərəyə bir dəfə McLaren-dən Lando Norris podiumun birinci pilləsində qərarlaşıb.

Pilotlar və komandalar təsnifatında ilk 5 yer aşağıdakı kimidir:

PİLOTLAR

1. Maks Verstappen (Hollandiya): 194 xal

2. Şarl Lekler (Monako): 138

3. Lando Norris (Böyük Britaniya): 131

4. Karlos Sayns (İspaniya): 108

5. Serxio Peres (Meksika): 107

KOMANDALAR

1. Red Bull: 301

2. Ferrari: 252

3. McLaren: 212

4. Mercedes: 124

5. Aston Martin: 58

Günel Məlikzadə