Suri atasının soyadından da İMTİNA ETDİ
    • 23-06-2024, 19:40
    • 943

Suri atasının soyadından da İMTİNA ETDİ


Amerikalı aktyor Tom Kruz və onun keçmiş həyat yoldaşı Keti Holmsun qızı Suri atasının soyadından imtina etmək qərarına gəlib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

İyunun 21-də qız məktəbi bitirməsini və diplomunu almasını anası ilə qeyd edib. Aktyor tədbirdə olmayıb. Nəşr qeyd edib ki, buraxılış mərasimi broşürasında onun adı Suri Noel kimi qeyd edilib.

Bundan əvvəl Tom Kruzun qızı yetkinlik yaşına çatdıqdan sonra sənətçi ilə ünsiyyətdən imtina etmək qərarına gəlib.

Kruiz və Holms 2006-2012-ci illərdə evli olublar. Boşandıqdan sonra aktrisa uşağın qəyyumluğunu, keçmiş əri isə qızına baş çəkmək hüququnu alıb.

Məlumdur ki, Surinin atası ilə ünsiyyətinə anası Kruzun Sayentologiyaya marağından ehtiyat edirdi. Son illər aktyorun qızı ilə demək olar ki, heç bir əlaqəsi olmayıb.