Dağıstanda silahlı hücumlar - 6 polis öldü
    • 23-06-2024, 21:48
    • 878

Dağıstanda silahlı hücumlar - 6 polis öldü


Mahaçqala və Dərbənddə baş verən hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12 nəfər yaralanıb.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən RİA Novosti-yə bildirilib.

"İnterfaks"ın məlumatına görə, 23 yaralı var. Teleqram kanallarında ölənlərin və yaralananların daha çox olduğu bildirilir. Dərbənd və Mahaçqalada yenidən atışma başlayıb.

Respublikada antiterror əməliyyatı rejimi tətbiq edilib.