Dağıstanda antiterror əməliyyatı başa çatdı
    • 24-06-2024, 10:07
    • 232

Dağıstanda antiterror əməliyyatı başa çatdı

Mahaçqala və Dərbənddə keçirilən antiterror əməliyyatı başa çatıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsindən məlumat verilib.

“İyunun 24-də saat 08:15-də Dağıstan Respublikasının Mahaçqala və Dərbənd şəhərlərinin inzibati sərhədləri daxilində antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları nəticəsində 15-dən çox polis əməkdaşı öldürülüb. Antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.