İntihar hücumları: Ölən və yaralananlar var
    • 1-07-2024, 16:49
    • 224

İntihar hücumları: Ölən və yaralananlar var

Həftə sonu Nigeriyanın müxtəlif bölgələrində törədilən çoxsaylı intihar hücumları nəticəsində ən azı 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

News24.az xəbər verir ki, şənbə günü ilk hücumun qadın tərəfindən həyata keçirildiyi açıqlanıb.

"İlk intihar hücumu iki uşağı ilə Qvozada məşhur bir gəncin toy mərasiminə gizlicə girən naməlum qadın tərəfindən planlaşdırılıb; o, əldəqayırma partlayıcı qurğusunu işə salaraq özünü və bir çox insanı öldürüb", - rəsmilər bildirib.

Nigeriya prezidenti Bola Tinubu hücumları pisləyib və bildirib ki, bunlar terrorçulara qarşı əldə edilən uğuru göstərən çarəsiz terror aktlarıdır.

Tinubu, administrasiyasının vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər gördüyünü söyləyib. O, həmçinin günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib. Hücumlara görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib.

Günel Məlikzadə