Benedikt Kamberbetç "Doktor Strange" roluna qayıdır
    • 24-06-2024, 21:00
    • 140

Benedikt Kamberbetç "Doktor Strange" roluna qayıdır

"Təqlid oyunu", "İtin gücü" və "Doktor Strange" kimi filmləri ilə tanınan Benedikt Kamberbetç "Qisasçılar 5" filmindəki Doktor Strenc roluna qayıdacağını açıqlayıb.

News24.az xəbər verir ki, Hollivud ulduzu bu yaxınlarda verdiyi müsahibədə karyerasındakı mühüm rolları dəyərləndirərkən “Doktor Strange”dən danışıb.

Kamberbetç deyib ki, "Bu Doctor Strangedir. O, Marvel personajıdır və mən bu barədə həqiqətən dürüst olacağam. Bu obrazı canlandırmağın sevinci böyükdür".

Günel Məlikzadə