-
- 25-06-2024, 16:07
- 300
"Qəbələ" kapitanı ilə bağlı qərar verdi
Yeni mövsümdə uğurlu çıxış edərək Premyer Liqaya qayıtmağı hədəfləyən “Qəbələ” futbolçusu Asif Məmmədovla müqavilənin müddətini uzadıb.
News24.az Publika.az-a istiadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2015-ci ilin yayından “Qəbələ”də çıxış edir. O, bu müddətdə 252 oyunda 17 qol vurub. Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.