-
- 26-06-2024, 23:10
- 355
Fransanın Əsədin həbsinə dair orderi..
Paris apellyasiya məhkəməsi Suriya prezidenti Bəşər Əsədə qarşı beynəlxalq həbs qərarının qüvvədə qalacağına qərar verib.
News24.az xəbər verir ki, Əsədin Suriyadakı vətəndaş müharibəsi zamanı hərbi cinayətlərə şərik olduğu əsası ilə Fransa tərəfindən həbs qərarı verilib.
İddiaçıları təmsil edən vəkillər Jeanne Sulzer və Clemence Witt və şikayətin arxasında duran qeyri-kommersiya təşkilatları bu qərarı "tarixi qərar" kimi qiymətləndiriblər.
Qeyd edək ki, may ayında Fransanın anti-terror prokurorları Paris apellyasiya məhkəməsindən Əsədin dövlət başçısı kimi mütləq toxunulmazlığa malik olduğunu bildirərək Əsədə qarşı həbs orderinin ləğvini istəyib.
“Milli məhkəmə ilk dəfə olaraq vəzifədə olan dövlət başçısının şəxsi toxunulmazlığının mütləq olmadığını qəbul edib”, - vəkillər öz bəyanatlarında bildiriblər.
Günel Məlikzadə