-
- 26-06-2024, 23:50
- 400
Ukraynanın Aİ-yə üzv olacaq?
Aİ-yə sədrlik edən Belçikanın xarici işlər naziri Hadja Lahbib Aİ ilə Ukrayna arasında üzvlük danışıqlarının birinci mərhələsi olan hökumətlərarası konfransı açıb.
News24.az xəbər verir ki, "Bu, hamımız üçün tarixi bir andır və münasibətlərimizdə dönüş nöqtəsidir", - Lahbib deyib.
Aİ-nin Rusiyanın Ukraynada başlatdığı müharibəni pislədiyini təkrarlayan Lahbib, "Aİ Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünə və Rusiyanın təcavüzünə qarşı özünümüdafiə etmək üçün təbii haqqına sarsılmaz dəstəyini təkrarlayır. Aİ, tərəfdaşları ilə birlikdə, Ukraynanın təhlükəsizlik öhdəliyinə töhfə verməkdə qərarlı olaraq qalır" dedi.
Lahbib, "Başladığımız üzvlük danışıqları çətin olacaq. İnanırıq ki, bunu qətiyyətlə uğurla yekunlaşdıracaqsınız. Səylərinizdə sizi dəstəkləyəcəyik. Sizi Avropa İttifaqının tamhüquqlu üzvü kimi aramızda görməyi səbirsizliklə gözləyirik" deyib.
Ukraynanın Baş naziri Denis Şmıqal videokonfrans vasitəsilə açılış nitqində "Bu, Ukrayna və Avropa üçün tarixi bir gün, tarixi bir andır" əlavə edib.
İclasda təqdim edəcəkləri danışıqlar mövqeyi sənədinin Aİ tərəfindən müsbət qarşılanacağına əmin olduğunu bildirən Şmıqal, "Ukraynanın gələcək üzvlüyü Avropanın mövcud çağırışlarına ən yaxşı cavab və Aİ-ni gücləndirmək üçün unikal fürsətdir" deyə bildirib.
Günel Məlikzadə