Amazon-un dəyəri 2 trilyon dolları keçdi
    • 27-06-2024, 10:52
    • 520

Amazon-un dəyəri 2 trilyon dolları keçdi

Amazon səhmləri dünən 3,9 faiz bahalaşaraq 193,61 dollar olub.

News24.az xəbər verir ki, şirkətin bazar dəyəri ilk dəfə 2 trilyon dolları keçərək 2 trilyon 14,8 milyard dollara çatıb.

Amazon-un səhmləri bu il indiyədək 27,5 faiz bahalaşıb. Bu göstərici ilə şirkət texnologiya baxımından ağır olan Nasdaq indeksini üstələyib. Nasdaq bu il 18 faiz artıb.

Qeyd edək ki, Amazon dünyanın ən böyük bazar dəyərinə malik beşinci şirkətidir. Siyahıda ilk dördlük müvafiq olaraq Microsoft, Apple, Nvidia və Google şirkətləridir.

Amazona 2 trilyon dollarlıq mərhələni keçmək üçün dörd ildən çox vaxt lazım oldu. Onun bazar dəyəri 2020-ci ildə 1 trilyon dollara çatıb.

Günel Məlikzadə