AVRO-2024-də ən çox qol vuran komanda
    • 27-06-2024, 15:14
    • 414

AVRO-2024-də ən çox qol vuran komanda

AVRO-2024 F qrupunun son oyununda Çexiyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə 1/8 finala yüksələrək Avstriyanın rəqibi olub.

News24.az xəbər verir ki, AVRO-2024-də D qrupunu lider kimi başa vuran Avstriya 3 qol vuraraq həm Polşanı, həm də Hollandiyanı məğlub edib. Qrupda yeganə məğlubiyyətini Fransaya verib.

Avstriya 3 oyunda 6 qol vurub, 4 top buraxıb.

Avstriya 1978-ci il Dünya Kubokundan (Braziliya, Şotlandiya və İran) sonra ilk dəfə böyük bir turnirdə (Dünya Kuboku və Avropa Çempionatı) mübarizə apararaq qrup mərhələsini lider kimi başa vurub.

Qrupunu 6 xalla lider kimi başa vuran Avstriya son 16 turda Türkiyənin rəqibi olub. Hər iki ölkə AVRO-2024 öncəsi mart ayında keçirilən hazırlıq matçında üz-üzə gəlib. Türkiyə bu görüşdə 6-1 hesabı ilə məğlub olub.

Ümumilikdə 4-2-3-1 sxeminə üstünlük verən baş məşqçi Ralf Rangnik Avstriya ilə cəmi 25 oyun keçirib və bu matçlarda hər matçda orta hesabla 1,96 xal qazanmağı bacarıb.

66 yaşlı təcrübəli çalışdırıcının Avstriya yığması AVRO-2024-də ev sahibi Almaniyadan (8 qol) sonra indiyədək ən çox qol vuran komandadır.

Hollandiyanın "Feyenoord" komandasında çıxış edən Gernot Trauner Polşa ilə görüşdə 9-cu dəqiqədə vurduğu qolla Avstriyanın Avropa Çempionatı tarixində ən erkən qolu vurub.

Günel Məlikzadə