Netanyahu göstəriş verdi: İrana qarşı 6 qrup yaradıldı
    • 27-06-2024, 23:35
    • 336

Netanyahu göstəriş verdi: İrana qarşı 6 qrup yaradıldı

İsrailin baş naziri Binyamin Netanyahu iki həftə əvvəl İranın nüvə proqramını öyrənmək üçün altı işçi qrupunun fəaliyyətini bərpa etmək qərarına gəlib.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə "Axios" portalı İsrail və Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, İsrail Nazirlər Kabineti rəhbərinin daxili siyasət problemləri və Qəzza zolağında hərbi əməliyyat məsələləri ilə məşğul olması səbəbindən bölmələr il yarım fəaliyyət göstərməyib. Netanyahu Yəhudi Dövlətinin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbiyə onların fəaliyyətini koordinasiya edəcək işlərini bərpa etməyi tapşırıb.

Portalın mənbələrinə görə, qruplardan birinə "Mossad"ın kəşfiyyat xidməti rəhbərlik edir. Bu qrup İranın nüvə proqramı, xüsusən də onun potensial “hərbi” komponenti ilə bağlı məsələlərlə məşğul olur. İkinci qrupun işi "Şin Bet" (İsrail Ümumi Təhlükəsizlik Xidməti) tərəfindən koordinasiya edilir və “İranın İsrail cəmiyyətinə təsirinin” öyrənilməsinə cavabdehdir. Digər bölmələr kəşfiyyat, kibertəhlükəsizlik və İranın regional müttəfiqlərinin - Livanın "Hizbullah" partiyası, Yəmən husilərinin üsyançı "Ənsar Allah" hərəkatı, İraq və Suriyadakı şiə silahlılarının növbəti addımlarının proqnozlaşdırılması ilə məşğuldur.

"Axios" qeyd edir ki, qruplar ABŞ-da prezident seçkiləri öncəsi bu ölkənin və İsrailin Tehranın nüvə proqramının inkişaf tempinin artırılması ilə bağlı narahatlıqları ilə əlaqədar yaradılıb. Portalın mənbələri iddia edir ki, İran 2024-cü ilin noyabrında Vaşinqton administrasiyasının rəhbəri seçildikdən sonra keçid dövründən “nüvə silahının yaradılması istiqamətində sıçrayış etmək” üçün istifadə edə bilər.

"Eyni zamanda, ABŞ kəşfiyyatı hələ də Tehranın nüvə silahı yaratmağa çalışmadığına inanır", - amerikalı rəsmi portalın əməkdaşı ilə söhbətində qeyd edib.