-
- 29-06-2024, 13:42
- 288
Fransa erkən seçkilərə gedir
Fransada parlamentin yenilənməsi üçün erkən ümumi seçkilərin ilk turu bazar günü keçiriləcək.
News24.az xəbər verir ki, seçki öncəsi canlı yayımda siyasi partiya və alyansların nümayəndələri çəkişmələr aparıblar.
İfrat sağçı Cordan Bardella, baş nazir Qabriel Attal və sol ittifaqı təmsil edən Olivye For debata qatılıb.
Canlı yayım zamanı gərginlik zaman-zaman artıb. Baş nazir Attal Bardellanı günahlandırıb.
İfrat sağçı Milli Birlik partiyasının keçmiş lideri Marin Le Pen Fransa prezidentinin ali baş komandan titulunun simvolik olduğunu və səlahiyyətin baş nazirə aid olduğunu gündəmə gətirib.
Le Pen bu sözləri ilə açıq mesaj verib ki, Milli Birlik seçkidə qalib gəlsə, baş nazirlə prezident arasında debat olacaq”.
Qeyd edək ki, Ukrayna müharibəsi də müzakirələrdə mühüm mövzu olub.
SORĞU NƏTİCƏLƏRİ
Sorğu seçki qutusunda olduğu kimi əks olunarsa, Milli İttifaqın lideri, 28 yaşlı Cordan Bardella yeni hökumətin baş naziri ola bilər.
Bardella baş nazir olarsa, Fransa tarixində ilk dəfə olaraq ifrat sağçı hökumət hakimiyyətə gələcək.
Bununla belə, Bardella 577 yerlik Milli Assambleyada mütləq çoxluğu əldə edəcəyi təqdirdə baş nazir postunu qəbul edəcəyini bəyan edib.
Günel Məlikzadə