Adil Əliyev Belarusda səfərdə olacaq
    • 29-06-2024, 13:30
    • 137

Adil Əliyev Belarusda səfərdə olacaq

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 30-da Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcək.

News24.az xəbər verir ki, vitse-spiker Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, səfər iyulun 4-də başa çatacaq.