![Vüqar Bayramov Bəhreynə niyə gedir?](/uploads/posts/2024-06/2149106229bb1cc3dedecfd423b27413.webp)
-
- 29-06-2024, 14:22
- 254
Vüqar Bayramov Bəhreynə niyə gedir?
Milli Məclisin deputatı Vüqar Bayramov Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.
Məlumata görə, deputat “Kosmos - regionda diplomatiya və iqtisadi inkişaf üçün dönüş nöqtəsi" mövzusunda keçiriləcək 6-cı Beynəlxalq Kosmik Forumun işində iştirak etmək üçün iyulun 1-də bu ölkəyə gedəcək.
News24.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, Forum çərçivəsində “Yerin müşahidəsi: texnologiyadan tətbiqə və xidmətə”, “Kosmik Tədqiqatlar: Kainata açılan qapı” və “Kosmik konsepsiyalar və siyasət: təcrübə və ən yaxşı təcrübələrlə mübadilə” mövzularında müzakirələr keçiriləcək.
Səfər iyulun 4-də başa çatacaq.