Milli Məclisin deputatı Budapeştə səfər edəcək
    • 3-09-2021, 14:57
    • 444

Milli Məclisin deputatı Budapeştə səfər edəcək

Milli Məclisin deputatı Kamal Cəfərov “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda iştirak etmək üçün sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeştə səfərə yola düşəcək.

Bu barədə News24.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Macarıstan Milli Assambleyasının təşkil etdiyi tədbirə Amerika, Avropa, Asiya, Afrika qitələrindəki bir sıra dövlətlərin nümayəndələri qatılacaqlar. Deputatımız forumda “Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi: ən müsbət təcrübə” mövzusunda məruzə ilə çıxış edəcək. 

Qeyd edək ki, səfər sentyabrın 8-də başa çatacaq.