-
- 21-05-2019, 15:52
- 2 273
Uşaq Filarmoniyası yenidən açıldı FOTO
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılış mərasimi keçirilib.
News24.az xəbər verir ki, açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev iştirak etdi. Yeni binanın bütün otaqlarına baxış keçirən nazir bildirib ki, bu gün ölkəmizin mədəni həyatında əlamətdar bir hadisə baş verib: "Nəhayət ki, uzun zamandan sonra Azərbaycanın vacib bir mədəniyyət müəssisələrinin təmirdən sonra yenidən açılışını təmin etmişik. Dövlət Uşaq Filarmoniyası 1991-ci ildən fəaliyyət göstərir. Bu mədəniyyət ocağından Azərbaycanı beynəlxlaq müsabiqələrdə təmsil edən layiqli sənət adamları yetişib. Muğam festivalının qaliblərinin bəziləri, eləcə də, Dövlət Rəqs Ansamblının üzvləri, simfonik və xalq çalğı orkestrində fəaliyyət gösyərən neçə-neçə sənət adamları ilk addımlarını burda atıblar".
Nazir əlavə edib ki, Dövlət Uşaq Filarmoniyası Azərbaycan təhsil sisteminin ayrılmaz hissəsidir: "Burada uşaqlar bir neçə istiqamət üzrə istedadlarını püxtələşdirir, inkişaf etdirirlər. Hazırda burada 500-ə yaxın uşaq təhsilini davam etdirir. Ən əsası odur ki, Uşaq Filarmoniyasında fəaliyyət göstərən iki ciddi sahə var; Uşaq Simfonik Orkestri və Xalq Çalğı Alətləri Orkestri. Yəqin ki, bundan sonra bura gələcək uşaqların sayı da artacaq. Mən fürsətdən istifadə edib bu işin gerçəkləşməsində göstərdiyi təşəbbüs və dəstəyə görə, möhtərəm prezidentimizə təşəkkürümü bildirirəm. Doğrudur, ən böyük təşəkkürü burada təhsil alan uşaqlar bildirəcək. Əminəm ki, buranı bitirən uşaqlar gələcəkdə ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəklər". Tədbir bədii hissə ilə davam etdirildi.
Afaq Mirayiq