Kadırov Bastrıkinə XƏBƏRDARLIQ ETDİ
    • 29-06-2024, 19:15
    • 213

Kadırov Bastrıkinə XƏBƏRDARLIQ ETDİ


Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya İstintaq Komitəsinin (İK) rəhbəri Aleksandr Bastrıkinin Rusiyada terror aktlarını törədənlərin islamçılar olması ilə bağlı açıqlamasını şərh edib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə o, teleqram kanalında yazıb.

Kadırov Bastrıkinə cinayətkarları islamçı adlandırarkən son dərəcə diqqətli olmağı tövsiyə edib:

“Mən dəfələrlə demişəm və bir daha vurğulayıram ki, müsəlmanlar terror aktı törətməyiblər və törətmirlər. Eyni zamanda mən ümid edirəm ki, Aleksandr Bastrıkin artıq İslamı terrorla müqayisə etməyəcək”.

Ramzan Kadırov vurğulayıb ki, yüksək vəzifəli məmurlar belə bəyanatlara yol versələr, bu, ölkədəki ictimai-siyasi vəziyyət üçün son dərəcə pis nəticələnə bilər:

“Bu gün Rusiyada xalqlar heç vaxt olmadığı qədər birləşib və bütövləşiblər. Biz bu amili dəyərləndirməliyik, cəmiyyəti yaxşı və pis dinlərə ayırmamalıyıq”.